Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər – onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları – 9 yaşlı Boladi kənd sakinləri – Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.

Qəza zamanı yaralananlardan digəri isə “Opel” markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.Report/

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.