Goranboy rayonuna dolu yağıb.

AvtoReyd.Az“Report”a istinadən  xəbər verir ki, rayonda yağan güclü yağış sonradan doluya çevrilib.

Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Onların sözlərinə görə, yağıntı əsasən kəndlərin meyvə-tərvəz əkilən sahələrinə ziyan vurub.

Hazırda yığımı aparılan gilas, alça, ərik və digər meyvələr dolu nəticəsində zay olub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.