Avtoreyd.Az Avtoxəbər Ən çox qadın qəzaları.

Ən çox qadın qəzaları.


Əksər hallarda kişi sürücülüərlə müqaisədə qadın sürücülərin düşdüyü yol-nəqliyyat hadisələrinin səbəbi o qədər də əhəmiyyətli deyil.

AvtoReyd.Az bildiri ki,bu statistik məlumatları son 5 il ərzində yol-nəqliyyat hadisələrini analiz edən sığorta şirkətləri təsdiq edir.Sığorta ekspertləri iddia edirlər ki, sükan arxasında qadınlar tərəfindən törədilmiş qəzalar zərərin ödənilməsi məsələsinə gəlincə, daha az xərc tələb edir. Bu onunla bağlıdır  ki, belə qəzaların əsas hissəsi avtodayanacaqlarda və ya kiçik sürətlərdə qeydə alınır. Kişi sürücülər isə əksinə, yüksək sürətə görə yol-nəqliyyat hadisələrini  tez-tez törədirlər.

Sükan arxasında xanım tərəfindən törədilmiş qəza nəticəsində avtomobilin təmiri yüksək sürətlə idarə edən kişi sürücü ilə müqaisədə daha ucuz başa gələcək .

Qadınlarda tez-tez rast gəldiyimiz qəzaların siyahısı

— Yaxınlıqda park edilmiş avtomobilin zədəsi.

— Avtodayanacaqda toqquşma

— Arxaya hərəkət vaxtı diqər avtomobilin zədəsi

— İkinci dərəcəli yoldan əsas yola daxil olan zaman toqquşma

— Həyətlərdə və dar yerlərdə zərbə

— Duracaqdakı və qısa sütunlara  zərbə

— Hərəkətsiz avtomobilə tıxac vaxtı zərbə

— Dönmə zamanı toqquşma

— Eyni əhəmiyyətli dörd yol ayrıcılarında qəzalar

Maraqlıdır ki,qadınlar oğurluq,təbii fəlakət,keyfiyyətsiz benzin nəticəsində sınıqlara görə nadir hallarda sığorta şirkətlərinə müraciyyət edirlər.

Sığorta ekspertlərinin fikrincə yolda yaşlı sürücülərlə müqaisədə yeni başlayan sürücülər daha riskli sayılırlar. Mütəxəssislərin məlumatına görə,statistika göstərir ki,yaşlı sürücülərin iştirakı ilə qəza nəticəsində xəsarət alanlar 4 faiz təşkil edir.

AvtoReyd.Az

 

Related Post