Avtoxəbər

İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib

Bu gün Məşhəd şəhərində İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, elektrobus İranın “Mapna” Şirkətlər Qrupu tərəfindən istehsal olunub.

Elektrobusun uzunluğu 12 metrdir və 19,5 ton tutumu var. Elektrobus gündə bir dəfə elektrik enerjisi ehtiyatı ilə təxminən 300 kilometr məsafəni qət edə bilər.

Məlumata əsasən Məşhəd şəhər bələdiyyəsinin sifarişi ilə “Mapna” şirkəti 100 elektrobus istehsal edəcək. Müqavilə əsasında cari ildə 10 elektrobus Məşhəd Şəhər Bələdiyyəsinə təhvil veriləcək.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again