Dubay polisi bomba zərərsizləşdirilməsi üçün pilotsuz uçan aparat – dron yaradıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, polis dronun artıq test edildiyini və sürətli müdaxilə tələb edən vaxtlı bombaların zərərsizləşdirilməsi üçün istifadə olunacağını deyib.

Dron 10 dəqiqə uça bilər və su atəşi ilə təchiz olunub. O, nəqliyyat vasitələrində və binalarda pəncərələri qıra bilər. Bundan əlavə, aparatda kamera quraşdırılıb və onun köməyi ilə mütəxəssislər bombanı məsafədən zərərsizləşdirəcəklər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.