Avtoreyd.az bildirir ki, Serviceplan agentliyi və Fransanın Yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə Dövlət idarəsi, piyadalar tərəfindən Yol-hərəkət qaydalarını pozulması probleminə diqqəti cəlb etmək məqsədi ilə maraqlı bir təcrübə keçirib.
Keçidlərdən birinin yaxınlığında hərəkət tənzimləyicisi, dinamik və kamera ilə təchiz edilmiş lightbox quraşdırılıb. Əgər kimsə qırmızı işıqda yolu keçərsə, bu zaman reklam lövhəsindən kəskin tormozlayan avtomobil səsi eşidilir.
Bu an qorxmuş piyadaların üz ifadələrənin şəkli kamera vasitəsi ilə çəkilərək, anındaca lightbox-da üzərində “Ölümün gözünün içinə baxmaq lazım deyil. İşıqfora baxın və yolu təhlükəsiz şəkildə keçin” yazısıyla əks olunur.
Aksiya zamanı çəkilən bir neçə belə şəkil, hazırda Fransanın bütün billboard və lightbox-rında yerləşdirilib.