Avtoreyd.az bildirir ki, britaniyalı Mett Adlard xarici görünüşü və şirniyyat bişirmək qabiliyyəti sayəsində sosial şəbəkədə çox məşhurdur. Belə ki, 25 yaşlı gənc bişirdiklərini yarıçılpaq vəziyyətdə hazırlayır.
O, bu işə iki il əvvəl başlayıb. Mett bütün prosesi çəkərək, sonradan Youtube-da yerləşdirir.
Videolarında yemək reseptləri və şirniyyat sirləri ilə bölüşən yarıçılpaq Adlardı 128 mindən çox insan izləyir. Onun yerləşdirdiyi videoçarxlar isə 300 min baxış toplayır.
