Avtoreyd.az bildirir ki, Las-Veqas -Çikaqo reysi üzrə hərəkət edən təyyarədə, qışqırıqla salona daxil olmağa çalışan və insanları qorxuya salan sərxoş sərnişini, qeyri-adi üsulla zərərsizləşdiriblər.
“Sərnişin özünü idarə edə bilmədiyindən bizim əməkdaşlarımız bu kimi hallarda vəziyyəti nəzarətə götürmək hazırlıqlarından istifadə edərək, yerli hüquq-mühafizə orqanları gələnə kimi gözləməli olublar,-aviaşirkətin bəyanatında belə deyilir.
Qısamüddətli mübarizədən sonra dava salan şəxsi, təyyarənin döşəməsinə yıxaraq, onun üzərinə uzanan bort baxıcıları, polis gələnə kimi bu vəziyyətdə qalıblar. Qalmaqala görə təyyarə bir saat gecikib.