Avtoreyd.Az Hadisə Bakıda “Porsche” ilə toqquşma zamanı ölən polis vəzifəli şəxsin oğlu çıxdı

Bakıda “Porsche” ilə toqquşma zamanı ölən polis vəzifəli şəxsin oğlu çıxdı


İki gün əvvəl Bakıda ağır qəzada ölən polis serjantının vəzifəli şəxsin oğlu olduğu açıqlanıb.
Report xəbər verir ki, polis kiçik serjantı Emil Zeynallı 5 saylı Doğum Evinin baş həkiminin müavini Aygün Qasımovanın oğludur.
Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölməsinin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.
Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırmalar davam etdirilir.

Related Post

Ziya Bünyadov prospektində yaşlı kişini maşın vuraraq öldürüb – FOTO – VİDEO – YENİLƏNİBZiya Bünyadov prospektində yaşlı kişini maşın vuraraq öldürüb – FOTO – VİDEO – YENİLƏNİB

Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi “90-ZR-927”