Avtoreyd.Az Hadisə Bakıda “Qazel” motosikletlə toqquşub: ölən var

Bakıda “Qazel” motosikletlə toqquşub: ölən var


Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 90-FL 361 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını motosikletlə toqquşub. Nəticədə motosiklet bir neçə metr məsafədə sürüşərək aşıb, sürücü isə aldığı ağır xəsarətdən hadisə yerindəcə ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Related Post