AvtoReyd.Az-in Farsnyus agentliyinə istinadən verdiyi məlumata görə, İranın Şiraz şəhərində baş verən güclü partlayış nəticəsində yaralananların sayı 37nəfərə çatıb.
Fars əyalətinin təcili tibbi yardım xidmətinin başçısı Məhəmməd-Reza Əli Maneş bildirib ki, hipermarketdə baş verən partlayış zamanı yarlananların asayı 37-yə çatıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti sabitdir.
Qeyd edək ki, bundan əvvəl İranın Şiraz şəhərində ticarət mərkəzində baş verən partlayışın səbəbi hələ açıqlanmayıb.