Avtoreyd.az bildirir ki, Rusiyanın Novosibirsk şəhərindəki kafelərdən birində maraqlı hadisə baş verib. Belə ki, günün-günorta çağı uşaqların da çoxluq təşkil etdiyi iaşə obyektinə iki nəfər çılpaq kişi daxil olub. Heç nə olmamış kimi piştaxtaya dirsəklənən şəxslər sakit şəkildə, tələsmədən sifarişlərini ediblər. Maraqlısı odur ki, onların orada olması digər müştəriləri qətiyyən narahat etməyib.
Hadisə şahidləri deyir ki, bütün baş verənlər yaxınlıqda dayanan maşından kamera ilə çəkilirmiş. İnternet istifadəçilər ehtimal edir ki, hər iki kişi çox güman ki, ya hər hansı bir mübahisəni uduzub, ya da sadəcə bu addımı ata biləcəklərini kiməsə sübut etməyə çalışıblar.
Hadisənin baş verdiyi iaşə obyektinin mühafizə xidməti, bir müddət sonra lüt şəxslərin hərəkətinə reaksiya verərək, onları saxlayıb və polis çağırıb. Qeyd edilir ki, ictimai yerdə bu hərəkətə yol verdiklərinə görə onlara qarşı inzibati qaydada tədbir görüləcək və hər biri min rubl məbləğində cərimə ödəməli olacaq.