Avtoreyd.Az Hadisə “Real Madrid” klubu Çempionlar Liqasının 12 qat qalibi olub – VİDEO

“Real Madrid” klubu Çempionlar Liqasının 12 qat qalibi olub – VİDEO


Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib. AvtoReyd.Az-ın məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandaları üz-üzə gəlib.

Uelsin paytaxtı Kardiffdəki “Millenium” stadionunda təşkil olunmuş matç “kral klubu”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Görüşün ilk yarısında tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra “Real Madrid” əvvəlcə 4 dəqiqə ərzində 2 qol vurub. 84-cü dəqiqədə Xuan Kuadrado qırmızı vərəqə alaraq, “Yuve”ni azlıqda qoyduqdan sonra Zinəddin Zidanın baş məşqçi olduğu komanda 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu görüşdə “dubl” edən Kriştianu Ronaldu Çempionlar Liqasının 3 final oyununda qol vuran ilk futbolçu olub.

“Kral klubu” isə tarixində 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxıb. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə “Milan” qalib olmuşdu. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldırıblar.

“Yuventus” isə cəmi 2 dəfə – 1985 və 1996-cı illərdə qazandığı kuboka yenisini əlavə edə bilməyib. 1997-1998 mövsümünün həlledici görüşündə də məhz bu iki komanda qarşılaşmış və həmin matçda “Real Madrid” qələbə qazanmışdı – 1:0. İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 5-ci final görüşündə də məyus olub.

Çempionlar Liqası

Final

22:45. “Yuventus” (İtaliya) – “Real Madrid” (İspaniya) – 1:4

Qollar: Mario Mancukiç, 27 – Kriştianu Ronaldu, 20; 64. Karlos Kazemiro, 61. Marko Assensio, 90

Qırmızı vərəqə: Xuan Kuadrado, 84 (“Yuventus”)

Baş hakim: Feliks Brıx (Almaniya)

Kardiff (Uels), “Millenium” stadionu

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=QVQ5q1Uhlho

Related Post

Vaqif Əsədov: “DYP Whatsapp-da yayılan səs yazısı ilə bağlı araşdırma aparıb”Vaqif Əsədov: “DYP Whatsapp-da yayılan səs yazısı ilə bağlı araşdırma aparıb”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Whatsapp sosial şəbəkəsində sürücülərdən biri tərəfindən yayılmış səs yazısına münasibət bildirib. “Report”un xəbərinə görə, V.Əsədov bildirib ki, barəsində səs yazısı yayılan

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıbBakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Sürücülər əlverişsiz hava