Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az APA-nı məlumatına görə,bildirir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində, yolun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax rayonunun Lələli kənd sakini, 1961-ci il təvəllüdlü Məhsun Xəlil oğlu Orucov idarə etdiyi “Tavriya” markalı, 34-BC-311 dövlət nömrə nişanlı avtomobillə, Qusar rayon sakini Vaqif Şakir oğlu Əhmədovun idarə etdiyi “BMW” markalı, 90-ZL-657 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Tavriya”nın sürücüsü M. Orucov və sərnişini, Qax rayon sakini Məhəmməd Xəlilov müxtəlif dərəcəli xəsarətlərlə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Qax MRX-dan bildirilib ki, M. Orucov cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. M. Xəlilovun vəziyyəti yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.