Bakının Ziya Bünyadov prospektində yerləşən yeraltı tunelin girişindəki tablo görənləri təəccübləndirir.

Metbuat.az xəbər verir ki, həmin tablonun üzərində şəhərdəki hazırki temperatur 174 dərəcə göstərilir. Artıq bir neçə müddətdir ki, həmin temperatur göstəricisi dəyişmir.

“Azəravtoyol ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlamasında bildirib ki, texniki problemlərdən yaranan bir məsələdir.

“Narahatlığa heç bir əsas yoxdur. Bu texniki problemdir. Qısa zamanda aradan qaldıracağıq”.

AvtoReyd.Az

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.