Əvvəllər Larte Design-ın tünerləri karbon əlavələr və ya diffuzor kimi müxtəlif komponentlərin istehsalı ilə məşğul idilər. Bu dəfə hər şey daha ciddidir – artıq mükəmməl asılqan buraxılışı hazırlanır.
AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, yolsuzluq avtomobili markasının tarixində ilk dəfə olacaq bu yeni layihə tezliklə təqdim ediləcək – atelyenin mütəxəssisləri Maserati Levante-nin müştərilərinin maraqlarına çox diqqətlə yanaşırlar.
Tüninq çox möhtəşəm olacaq: qabaq və arxa spoylerlər, yeni bamperlər, yan ətəklər, diffuzor, eksklüziv qazburaxma boruları və s. Hələlik əlavələr siyahısında son tamamlama işləri aparılır. Bütün elementlər, əlbəttə ki, karbon lifindəndir. Qiymət barədə soruşmayın – söhbət Maserati-dən gedirsə bu, ədəbsizdir.
Larte Design italyan krossoverini diqqətdə saxlayan yeganə tüninq-atelye deyil. Bunların arasında Mansory, Startech də var. Novitec isə artıq Levante üçün ikinci əlavələr dəstini istehsal edib.