Rusiya avtoqiqant-ı “AvtoVaz” Lada Logo-un yeni pikapının istehsalına başlayır. Avtomobil 4×4 Lada-ın məşhur modeli əsasında “Super-Avto” şirkəti ilə birgə yaradılmışdır.

Ümumiyyətlə pikap 4×4 kuzovun əlavəsi ilə uzadılaraq çərçivəyə qoyulmuş kabinadır. AvtoReyd.Az xəbər verir ki,kabina 2 qapıya malikdir və standartdan arxa hissənin dizaynıyla bir az fərqlənir. Pikapda analoji olaraq yolsuzluq avtomobilinin tam ötürücü sistemi ,eyni mühərrik (1,7 litr həcmində) və mexaniki transmissiya yer alıb.

Həmçinin  bir müddətən sonra pikapın daha güclü versiyası çıxacaq. Yeni avtomobildə artırılmış təkərlər , ən böyük yol işığı, güclü körpülər və bamper yer alacaq. Qüvvət qurğusu kimi  1,8 litr həcmində və 99 at gücündə mühərrik istifadə ediləcək.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.