Avtoreyd.az bildirir ki, İtaliyanın Nakefit şirkəti çimərlik şap-şapılarını əvəz edəcək yeni ayaqqabı növü hazırlayıb.

Yenilik ayağ altına yapışdırılan altlıqlardan ibarətdir. Belə ayaqqabıda ayaqları yandırmaqdan və ya yaralamaqdan qorxmadan çimərlikdə, qaynar qum və ya sərt daşlar üzərində yerimək olar. Yapışdırılan altlıqlardan həmçinin pəncələri infeksiyadan qorumaq üçün hovuzda da istifadə etmək təklif edilir.

Nakefit şirkətinin istehsalı olan belə ayaq altlıqları istiliyə davamlıdır və su keçirmir. Onlar qara, çəhrayı və mavi rəngdə buraxılır, bundan başqa xüsusi partiyalarla 10 cütü 30 dollara olmaqla satılır.

http://www.youtube.com/watch?v=Wybdbst_62A

By