Rusiya Müdafiə Nazirliyi bir neçə min kilometr məsafədən qanadlı raketləri aşkar etmək qabiliyətinə malik “Voronej-VP” tipli nadir radiolokasiya stansiyaları qrupunu (RLS) istifadəyə verir.

Bu barədə “İzvestiya” qəzeti yazıb.

Məqalədə bildirilir ki, belə raketlər on metrlərlə hündürlükdə uça bildiyi üçün adi radarlar onları sadəcə bir neçə on kilometr məsafədə aşkar edə bilir.

Hədəfi aşkarlayan “Voronej-VP” dərhal koordinantları S-300B, S-400 və perspektivdə S-500 “Prometey”ə ötürəcək.

“Voronej-VB”nin əsas xüsusiyyəti budur ki, o, santimetr diapazonunda işləyir. Hazırda fəaliyyət göstərən stansiyaların modernləşdirilməsi üçün yeni antena əlavə edilməli və bir neçə yeni avadanlıq quraşdırılmalıdır.

Qeyd edək ki, “Voronej” tipli radiolokasiya stansiyası Rusiyanın bütün perimetri boyunca fəaliyyət göstərir./FaktXəbər

http://www.youtube.com/watch?v=_wCtSAqL3f4

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.