Avtoreyd.az bildirir ki, Britaniyanın Bakinhemşir qraflığında son həftə havanın çox isti olması səbəbindən Coui adlı yerli sakin işə şortda gəlib.
Lakin rəhbərlik Couini evə göndərib, çünki dress-koda görə işə şortla gəlmək qadağandır. Gəncdən evə getməyi və əyninə şalvar geyinərək ofisə qayıtmağı xahiş ediblər.
Coui isə işə qadın donunda qayıdıb, hansına ki, dress-koda əsasən icazə var.
Bir neçə saat sonra bütün əməkdaşlara elektron poçt vasitəsilə yeni dress-kod haqqında məktub gəlib. Məktubda qeyd olunub ki, kişi əməkdaşlara işə şortda gəlməyə icazə verilir, amma bir şərtlə ki, çox qısa olmasın və yalnız qara, tünd göy və ya bej rəngdə olsun.
Couiyə isə yenidən evə getməyi və şort geyinməyi təklif ediblər. Lakin o, bundan imtina edərək bütün günü qadın paltarında çalışıb.