Avtoreyd.az bildirir ki, Rusiyanın “Tümen Legionu” və “Yuqra” uşaq xokkey klubları arasında baş tutan matçda dava düşüb.

Xokkeyçilər görüşün üçüncü raundunda əllərində oyun alətləri bir birinə qarşı çıxıblar. İş o yerə çatıb ki, hətta  şərhçi belə baş verənlərə biganə qala bilməyərək, emosional şəkildə reaksiya verib.

“Ural çağırışı-2017” yarışında komandaların görüşü “Tümen Legionu”nun qələbəsiylə 5:3 hesabı ilə başa çatıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.