Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az-in Report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.
Belə ki, həmin ərazidə “Hyundai-Sonata” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.
Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamısı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.
Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.