Avtoreyd.Az Hadisə 80 yaşlı qarının uçuşun uğurlu keçməsi məqsədi ilə mühərrikə atdığı sikkələr sərnişinlərə baha başa gəlib (Fotolar)

80 yaşlı qarının uçuşun uğurlu keçməsi məqsədi ilə mühərrikə atdığı sikkələr sərnişinlərə baha başa gəlib (Fotolar)

| | 0 Comments | 04:27

Avtoreyd.az bildirir ki,Çində, Şanxaydan Quancjouya olan daxili reys təyyarəsinin uçuşu yaşlı sərnişinin mühərrikə bir neçə sikkə atması səbəbindən xeyli ləngiyib.

Nəticədə texniklərə təyyarənin motorunu açmaq, tamamilə yoxlamaq və təmizləmək lazım olub.

Göyərtədə olan 150 sərnişin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən təyyarədən bayıra çıxarılıb.

People’s Daily China nəşrinin məlumatına görə, Tsü soyadlı 80 yaşlı qadın China Southern Airlines aviaşirkətinin əməkdaşlarından sərbəst hərəkət edə bilmədiyi üçün əlil arabası xahiş edib.

O, qohumlarının müşayiəti ilə təyyarənin trapına yönələn vaxt, aeroport əməkdaşları qarının mühərrikə sikkə atdığını görüblər.

Təqaüdçü hərəkətini onlara belə izah edib ki, uçuşun problemsiz keçməsi üçün bu addımı atıb.

Üç  saat yarım davam edən işlərdən sonra mühərrikin təmiri başa çatıb. Təyyarə planlaşdırıldığından həddən artıq gec, düz beş saat sonra havaya qalxıb. Polislər baş verən hadisəni  araşdırmağa davam ediblər. Lakin onlar yaşlı qadının hərəkətində hansısa bir kriminal əsasın olduğunu istisna ediblər.

Related Post

Azərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıbAzərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıb

Bu gün səhər saatlarında şimal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə