Avtoreyd.Az Hadisə 80 yaşlı qarının uçuşun uğurlu keçməsi məqsədi ilə mühərrikə atdığı sikkələr sərnişinlərə baha başa gəlib (Fotolar)

80 yaşlı qarının uçuşun uğurlu keçməsi məqsədi ilə mühərrikə atdığı sikkələr sərnişinlərə baha başa gəlib (Fotolar)

| | 0 Comments | 04:27

Avtoreyd.az bildirir ki,Çində, Şanxaydan Quancjouya olan daxili reys təyyarəsinin uçuşu yaşlı sərnişinin mühərrikə bir neçə sikkə atması səbəbindən xeyli ləngiyib.

Nəticədə texniklərə təyyarənin motorunu açmaq, tamamilə yoxlamaq və təmizləmək lazım olub.

Göyərtədə olan 150 sərnişin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən təyyarədən bayıra çıxarılıb.

People’s Daily China nəşrinin məlumatına görə, Tsü soyadlı 80 yaşlı qadın China Southern Airlines aviaşirkətinin əməkdaşlarından sərbəst hərəkət edə bilmədiyi üçün əlil arabası xahiş edib.

O, qohumlarının müşayiəti ilə təyyarənin trapına yönələn vaxt, aeroport əməkdaşları qarının mühərrikə sikkə atdığını görüblər.

Təqaüdçü hərəkətini onlara belə izah edib ki, uçuşun problemsiz keçməsi üçün bu addımı atıb.

Üç  saat yarım davam edən işlərdən sonra mühərrikin təmiri başa çatıb. Təyyarə planlaşdırıldığından həddən artıq gec, düz beş saat sonra havaya qalxıb. Polislər baş verən hadisəni  araşdırmağa davam ediblər. Lakin onlar yaşlı qadının hərəkətində hansısa bir kriminal əsasın olduğunu istisna ediblər.

Related Post

““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” – Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” – Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC arasında məhkəmə çəkişməsi ilə bağlı qərar verilib. AvtoReyd.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki,