Avtoreyd.Az Hadisə Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)

Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)


Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”un Şirvan bürosunun məlumatına görə, xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, “KİA” markalı avtomobilin sürücüsü M.İsmayılov və “VAZ-2110” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.

AvtoReyd.Az

Related Post

“BMW”ni “Jiquli” mühərriki ilə satdılar – Alıcı aldadıldığını üç gün sonra bildi – VİDEO“BMW”ni “Jiquli” mühərriki ilə satdılar – Alıcı aldadıldığını üç gün sonra bildi – VİDEO

“BMW” markalı avtomobilə “Jiquli”nin mühərriki qoyularaq bir vətəndaşa satılıb. Mühərrik qanunsuz qoyulduğuna görə avtomobilin sürücüsü maşını idarə edə bilmir. Bəs görəsən belə olan halda vətəndaş nə etməlidir ? Xezerxeber.az məlumat