Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub.

AvtoReyd.Az “Report”un Qarabağ bürosunun məlumatına görə,xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.