Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.

AvtoReyd.Az “Report”un məlumatına görə,xəbər verir ki, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu, içərisində 13 hərbçinin olduğu nəqliyyat vasitəsi 40 metrlik hündürlükdən dərəyə aşıb.

Hadisə yerinə gələn xilasedicilər 10 hərbçinin həyatını xilas ediblər. Qəza nəticəsində həlak olan 3 hərbçidən birinin – sürücünün cəsədi çıxarılıb. Digər iki meyitin maşından çıxarılması istiqamətində işlər davam edir. Yaralılar Braşov və Campulung rayonlarındakı mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır olan 6 hərbçi isə paytaxt Buxarestin Floreasca xəstəxanasına gətiriləcək.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.