AvtoReyd.Az xəbər verir ki,avtovağzal ərazisi satılaraq hasara alınıb. Cəlilabad rayon Göytəpə qəsəbəsində fəaliyyət göstərən həmin avtovağzalın işçiləri belə iddia edir. Göytəpə qəsəbə bələdiyyəsinin isə məsələyə münasibəti fərqlidir.
Cəlilabad rayon Göytəpə qəsəbəsindəki avtovağzalda bir müddət əvvəl quraşdırılan yeni piyada dayanacaqları ərazidən götürülüb. Səbəb isə həmin ərazinin yaxınlıqda tikilən ticarət mərkəzininin sahibinə satılmasıdır. Beləliklə həmin ərazi hasara alınıb. Avtrovağzal işçiləri bunun qeyri qanuni olduğunu deyirlər.
Hazırda müxtəlif istiqamətə getmək istəyən sərnişinlər isə marşurut gözləmək üçün günün altında gözləməli olur. Uzun müddətdən bəri faəliyyətdə olan Göytəpə avtovağzalının ərazisində indi yalnız kiçik bir inzibati bina qalıb.
Məsələ ilə bağlı Göytəpə qəsəbə bələdiyyəsinin sədri İlqar Həsənov isə bildirib ki, dayanacaqla avtovağzal ərazisinə müvəqqəti qoyulubmuş. Onun əsl yeri mərkəzi parkın ətrafıdı. Ordada təmir işləri gedirmiş. İndi təmir işləri yekunlaşdığı üçün dayanacaqlar əvvəlcədən nəzərdə tutulmuş yerinə köçürülüb. O ki, qaldı sözügedən ərazinin hasara alınmasına bələdiyyə sədri deyir ki, həmin yer rəsmi səndələrdə avtovağzalın ərazisi deyil. Onun sözlərindən belə çıxır ki, oranın ticarət mərkəzinin ərazisinə qatılmasında qeyri qanuni heç nə yoxdur.
xezerxeber.az