Hadisə

Bakıda iki avtomobil toqquşub: xəsarət alan var – FOTO – VİDEO

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Ziya Bünyadov prospektində sürücü Qədimov Vüqar idarə etdiyi “VAZ 2103” markalı, 10 FC 601 dövlət seriya nişanlı avtomobillə sərt dönmə əməliyyatını yerinə yetirərkən nəqliyyat vasitəsi Anar Məhərrəmovun sürdüyü “BYD”yə çırpılıb. Nəticədə “VAZ 2103” markalı avtomobil deformasiyaya uğrayıb, sürücü isə yüngül bədən xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib və avtomobillər cərimə meydançasına aparılıb. Fakt araşdırılır.

AvtoReyd.Az

http://https://youtu.be/lBuin5wF8j0

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.