Qusar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

AvtoReyd.Az“Report”-a istinadən xəbər verir ki, hadisə Qusarın Kuzun kəndində baş verib.

Belə ki, kənd ərazisində “Niva” markalı avtomobil körpüdən aşıb. Nəticədə “Niva”da olan 2 sərnişin ağır yaralanıb. Avtomobili idarə edən Qusar sakini Zahid Əzizov hadisə yerində ölüb.

Yaralılar Əbilşah Balamətov və sürücünün həyat yoldaşı Nəzifə Əzizova olub. Yaralılar dərhal Qusar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qusar hüquq mühafizə orqanlarında araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.