Hadisə

Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO

Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib.

AvtoReyd.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir.

Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.

Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı.

Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və “hər şeyin yaxşı bitdiyi üçün” bağışlanılmasını xahiş edib.

Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.

AvtoReyd.Az

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.