Bakının Binəqədi rayonunda yol qəzası qeydə alınıb.

AvtoReyd.Az“Report”-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində 19 yaşlı Məmmədbəyov Elşad Anar oğlu idarə etdiyi motosikleti BMW markalı avtomobilə çırpıb.

Nəticədə motosikletdə olan 1997-ci il təvəllüdlü Salmanzadə Rəşad Bəhman oğlu və sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Motosiklet cərimə meydançasına aparılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.