Avtoreyd.Az Mədəni Turizm Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası hazırlanır

Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası hazırlanır


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən AvtoReyd.Az-a verilən məlumata görə, tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandıracaq.

Tamaşa yeni mövsümdə, 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək.

AvtoReyd.Az

Related Post

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikasının mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin aprel ayının 21-də

Daşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunurDaşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunur

Daşkəndin “Уzkurqazmasavdo” mərkəzi sərgi salonunda “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan