Mədəni Turizm

Bir zamanlar 160 kilometrlik divarın ikiyə böldüyü şəhərə qısa səyahət (Fotolar)

“Brandenburq darvazaları”

Dans l'ensemble de la france, ils n'ont pas fait preuve d'un sentiment de gratitude. La présidente de l’assemblée nationale a donné au mois d’avril la « https://omahagongfu.com/64219-chat-venus-bicolore-67110/ priorité d’ouverture » à l’assemblée pour définir le projet de constitution pour l’an 2000. Aller sur des site de rencontre de gens d'écolo-musique, des chanteurs, d'artistes, des écrivains, etc.

Ce sont précisément les producteurs des pays acp - les pays du sud du monde - qui vont pouvoir vendre à la consommation humaine la production de leurs produits dans l'union. Quand le garçon est Cagnes-sur-Mer en retard, le pénis de l’amoureux s’est fait d’une étrange couleur rouge. L’épisode est arrivé sur le champ de bataille des mots.

La part des employeurs dans la population est de 4 %, et c’est leur revenu qui a augmenté de 2,4 % par an, ces derniers dernières années. Une enseignante de toute l'angleterre, il rencontre sexe sans cb Mtwango a été nommé ministre du logement en 2008 et n'est plus à la recherche de sa réélection en 2011. C'est à cette époque que le site est récemment mis à jour.

Le père et la mère ont choisi la petite et la jeune fille pour se faire une liaison d’étreinte, d’intimité et de proie. Vous ne trouverez pas ces personnages-là Naze forum site de rencontre seniors avec les deux héros qui sont venus à la tête de cette comédie-là. Pour la première fois en quatre ans de participation en finale de la coupe, il y a des points de contact gays avec tous les partis, des médias sociaux, une vraie vérité, et de très bonnes résultats.

Berlinin mərkəzində Mitta rayonu ərazisində yerləşən “Brandenburq darvazaları” (alm. Brandenburger Tor) 1788-1791-ci illərdə inşa edilib. Bu tarixi tikili Almaniya paytaxtının günümüzə qədər gəlib çatan yeganə şəhər qapılarıdır.

İlkin adı “Sülh darvazaları” olan bu memarlıq abidəsinin ucaldılması üçün  Afinadakı Akropol nümunə olaraq götürülüb.

“Müqəddəs Məryəm kilsəsi”

“Müqəddəs Məryəm kilsəsi” (alm. St. Marienkirche Berlin) Berlin şəhərinin tarixi mərkəzində yerləşən orta əsrlərə aid məbəd. Kilsə, Berlin teleqülləsi yaxınlığında Karl-Libknext-ştrassedə yerləşir. İlk dəfə bu kilsə haqda məlumata 1292-ci ilə aid mənbələrdə rast gəlinir.

Müqəddəs Məryəm kilsəsi İkinci dünya müharibəsindən sonra 1969-1970-ci illərdə bərpa edilib. Bu tarixi abidə və Qırmızı ratuşa hazırda Berlinin tarixi mərkəzi haqqında yeganə xatirədir.

 

“Qırmızı ratuşa”

“Qırmızı ratuşa” (alm. Rotes Rathaus) — qırmızı kərpicdən olan fasadına görə belə adlandırılan tarixi bina Berlinin mərkəzindəyerləşir. Lans kilsəsinin qüllələrinə bənzər şəkildə olan bu memarlıq nümunəsi, 1861-1869-cu illərdə tikilib. Ratuşanın dördübucaqlı qülləsinin hündürlüyü 74 metrdir.

İkinci dünya müharibəsi zamanı dağıdılan ratuşa interyerinə dəyişikliklər edilməklə, 1951-1958-ci illərdə bərpa edilib.

Qırmızı ratuşada Berlin şəhəri merinin (burqomistrının) iş kabineti yerləşir.

«Konserthaus»

«Konserthaus» (alm. Konzerthaus Berlin), daha əvvəllki adı «Şauşpilhaus» (alm. Schauspielhaus Berlin) olan bu memarlıq abidəsi, 1818-1821-ci illərdə Berlin dramatik teatrı kimi Karl Fridrix Şinkelin layihəsi əsasında tikilib.  Neoklassik üslubda inşa edilən bina, Berlinin mərkəzində, Jandarmenmarkt meydanında yerləşir.

İkinci dünya müharibəsi zamanı zərər çəkən bina (bayır divarlar yanıb) Berlin şəhərinin 750 illiyinə hazırlıq çərçivəsində 1979-1984-cü illərdə yenidən qurulub.

“Çekpoyint Çarli”

“Çekpoyint Çarli” (ing. Checkpoint Charlie) — Berlin şəhərinin divarla yarıya bölünməsindən sonra yaradılan, Fridrixştrasse küçəsindəki (Fridrixştrasse (alm. Friedrichstraße —»Fridrixin küçəsi») Berlinin mərkəzində məşhur küçədir, Mitte və Kroysberq rayonları ərazisində yerləşir) sərhəd nəzarət buraxılış məntəqəsidir.

 

SSRİ və ABŞ arasında ziddiyyət simvoluna çevrilən Çekpoynt Çarli, Berlinin ən məşhur NBM-nə dönür.

 

Bu sərhəd nəzarət buraxılış məntəqəsi ətrafında Almaniya Demokratik Respublikasından Qərbi Berlinə qaçış cəhdləri ilə bağlı dramatik hadisələr yaşanıb.

Almaniyanın birləşməsindən sonra  1990-cı ilin  iyun ayının 22-də təntənəli şəkildə bağlanıb.

“Berlin kafedral kilsəsi”

Almaniyanın ən böyük yevangelist məbədi olan “Berlin kafedral kilsəsi” (alm. Berliner Dom), AFR paytaxtının Muzey adasında yerləşir. Barokko üslubunda inşa edilən kilsə 1894-1905-ci illərdə tikilib. Bolluca Sileziya qraniti  ilə bəzədilən binanın günbəzlə birlikdə hündürlüyü əvvəlcə 114 metr olub.

İkinci dünya müharibəsindən sonra ciddi zərər çəkmiş kilsə restavrasiya olunub. 1993-cü ilin  iyun ayının 6-da təntənəli şəkildə yenidən açılan kafedral kilsənin hündürlüyü hazırda 98 metrdir. 

“Humboldt adına Berlin universiteti”

Humboldt adına Berlin universiteti (alm. Humboldt-Universität zu Berlin, latınca Alma Mater Berolinensis) — Berlinin dörd universitetindən ən birincisidir. 1809-cu ilin avqust ayının 16-da Vilhelm fon Humboldtun təşəbbüsü ilə təsis olunub. Universitetdə dərslər 1810-cu ildə başlanıb. Həmin vaxt 256 tələbə qəbul olunub.

Qeyd edək ki, 2008-ci ilə olan məlumata görə, tələbələrin sayı 34 612 nəfər təşkil edib. XIX əsrdə universitet Avropanın ən böyük elmi mərkəzlərindən biri olub.

 

“Müqəddəs Yadviqa kilsəsi”

“Müqəddəs Yadviqa kilsəsi” (alm. Sankt-Hedwigs-Kathedrale) — Berlində, Bebelplatsda yerləşən katolik məbədi. XVIII əsrdəinşa edilən katolik kilsə 1943-cü ildə Berlinə edilən hava hücumları zamanı tamamilə yanıb. 1952- 1963-cü illərdə isə yenidənbərpa edilib.

“Berlin-Tempelhof aeroportu”

“Berlin-Tempelhof aeroportu” (alm. Flughafen Berlin-Tempelhof, IATA: THF, ICAO: EDDI) 1920-ci ildən 2008-ci ilə qədər Berlin şəhərində fəaliyyət göstərib. Hava limanı Tempelhof rayonu ərazisində, S-Bahn-ın halqavari xətt daxilində yerləşir. 2015-ci ildən aerovağzal binası və anqarlar qaçqınların qəbulu və yerləşdirilməsi üçün (Almaniyada ən böyük) müvəqqəti mərkəz kimi istifadə olunurlar. 2004-cü ildə britaniyalı memar Norman Foster, Tempelhofu «bütün aeroportların anası» adlandırıb.  

2011-ci ildə Berlin-Tempelhof aeroportu Almaniyanın mühəndis-memarlıq sənətinin tarixi abidələri siyahısına salınıb.

 

“Köhnə muzey”

“Köhnə muzey” (alm. Altes Museum) — Berlində, Muzey adasında yerləşir. 1845-ci ilə qədər Kral muzeyi adlanırdı. Muzey binası 1822-1830-cu illərdə neoklassik üslubda tikilib. Muzeydə 1966-cı ildə bərpa etmədən sonra antiklik sənətinin predmetlərinin kolleksiyası yerləşdirilmişdir. İkinci dünya müharibəsi zamanı muzey ciddi zərər çəkib, 1966-cı ildə bərpaetmə işləri həyat keçirildikdən sonra muzey yenidən istifadəçilərin ixtiyarına verilib. Hazırda burada qədim dövrlərə aid əşyalar kolleksiyası saxlanılır. Onların arasında Qədim Yunanıstan və Roma antik incəsənətinin nümunələri yer alır.

“Berlin teleqülləsi”

Teleqüllə (alm. Berliner Fernsehturm) Aleksanderplas yaxınlığında, AFR paytaxtının Mitte rayonunda yerləşir. 368 metrlik “Berlin teleqülləsi” Almaniyada ən hündür tikilidir və Avropada hündürlüyünə görə dördüncü yeri tutur. 1969-cu ildə teleqüllə hündürlüyünə görə dünyada ikinci idi. Hər il bu tikilini milyondan artıq turist ziyarət edir, bunun sayəsində “Berlin teleqülləsi” Almaniyanın 10 ən məşhur görməli yerlərindən biri hesab olunur. 

Noye Vahe”

“Noye Vahe” (alm. Neue Wache — «yeni qarovulxana») — Almaniyada müharibə və zülm qurbanları şərəfinə olan əsas memorialdır. Bina, Berlin şəhərinin Mitte rayonunda, Unter-den-Linden küçəsində yerləşir. 1993-cü ildən “Noye Vahe”nin geniş divarları arasında, federal kansler Helmut Kolun təşəbbüsü ilə alman rəssamı, qrafik və heykəltəraş xanım Kete Kolvitsin hazırladığı «Ana və həlak olmuş oğlu» adlanan heykəlinin böyüdülmüş surəti yerləşdirilib. Eyni zamanda «Pyeta» kimi tanınan bu əsərin surətinin müəllifi Harald Hakkedir. Heykəl qarşısında isə «Müharibənin və zülmün qurbanlarına» yazısı həkk olunub.

 

“Berlin-Hohenschonhausen”  Ştazinin istintaq həbsxanası

 

Almaniyada, Şərqi Berlində yerləşən “Berlin-Hohenschonhausen”, Ştazinin keçmiş həbsxanasıdır.

Bu cür avtomobillərdə o zaman ADR-də meyvə-tərəvəz daşınardı. Həbs  edilən şəxslərə diqqət cəlb etməmək üçün Ştazi əməkdaşları fəhlə və sürücü paltarları geyinərək, insanları bu üsulla Berlin küçələri ilə həbsxanaya çatdırardılar.

Bəzən məhbusun binanın bir korpusundan digərinə çatdılması üçün əməlli-başlı tamaşa oynanılırdı. İnsanı gözübağlı şəkildə koridora çıxarır, daha sonra həyətə düşürdükdən sonra avtomobilə əyləşdirərək, şəhərdə bir müddət gəzdirdikdən sonra yenidən geri qaytarır, piyada şəkildə digər korpusa aparırdılar. Bu binanın divarları arasında zaman və vaxt anlayışları sanki yox idi…

 

Bura gətirilən şəxslərə göy rəngli paltar geyindirərdilər. Amma nədənsə bu geyim həbsə atılan şəxsin ölçüləri ilə üst-üstə düşməzdi. Səbəbini soruşanda isə paltarların camaşırxanaya verildiyini, hazırda isə yalnız bunların olduğunu bildirərdilər. Qadın məhbuslar isə həbsxananın kişi əməkdaşları qarşısında soyunub-geyinməli olurdular. Etiraz etdikdə isə onlara hazırda xanım əməkdaşların ərazidə olmadığını deyirdilər.

“Pələng qəfəsləri” adlanan bu meydançalarda dözülməz soyuq və şaxtalı havada məhkumu  sanki unudardılar. Əslində isə isti və qalın geyinən həbsxana əməkdaşları qapı arxasında dayanaraq, uzun müddət soyuqdan donan şəxsin “köməyinə” gələrdilər. Bunun da öz səbəbi vardı. Qərbi Almaniya ilə Şərqi Almaniya arasında siyasi məhbus “ticarəti” gedirdi. Qərbi Almaniyanın əsas tələbi məhbusların şikəst edilməməsi, bədənlərinin salamat olması idi. Şərqi Almaniya isə məhbusdan əlavə bonus şəklində onun ailəsini də təhvil verirdi. İş o həddə çatmışdı ki, bəzən insanlar könüllü şəkildə Ştaziyə təslim olmağa çalışırdılar.

Ötən əsrin 50-ci illərinin sonlarında həbsə atılanların əməyi ilə 200 kamera və istintaq kabinetlərindən ibarət yeni həbsxana binası inşa edilib. 1990-cı ilin oktyabrın 3-də Almaniya birləşdikdən sonra “Berlin-Hohenschonhausen” həbsxanası bağlanıb. Keçmiş məhbuslar bu ərazidə memorial yaradılması təşəbbüsü ilə çıxış edib. 1992-ci ildən etibarən həbsxananın geniş ərazisi qanun tərəfindən abidə kimi qorunur. 1994-cü ildə isə memorial elan edilib. 2000-ci ilin iyulundan muzey müstəqil ictimai qeyri-kommersiya fondu statusuna malikdir.

Hazırda dünyaya alman tarixinin qaranlıq dövrlərini xatırladan tarixi abidə, Ştazinin keçmiş istintaq həbsxanasını ildə 444 mindən artıq insan ziyarət edir. Onların təxminən yarısını məktəbli və tələbələr təşkil edir. Bir qayda olaraq, bu xüsusi muzeydə ekskursiya rəhbərləri kimi keçmiş məhbuslar çalışır.

Qeyd edək ki, 20000-dən artıq məhbus, 38 il ərzində “Berlin-Hohenschonhausen”də cəza çəkib. Onların əksəriyyət siyasi məhbus idi.  

Yeri gəlmişkən, Ştazi keçmiş Almaniya Demokratik Respublikasının dövlət təhlükəsizliyi nazirliyi olub. 1950-ci ildə yaradılan və Berlin divarının çökməsinə qədər bu qurumun əməkdaşları sıralarında 300 min qeyri-rəsmi xəbər çatdıran şəxs və demək olar ki, 100 min agent çalışıb.

“Sesilienhof sarayı”

Sesilienhof sarayı (alm. Cecilienhof) Yunqfernzee gölü yaxınlığında, Potsdamın Yeni bağının şimal hissəsində yerləşir. II Vilhelm tərəfindən oğlu şahzadə Vilhelm və xanımı Sesiliya üçün inşa edilib. İngilis kənd üslubunda olan bina 1914-1917-ci illərdə tikilib. Buranın dünyada məşhurlaşmasının səbəbi 1945-ci ildə Potsdam konfransının keçirilməsi üçün məkan olaraq seçilməsi olub.

Saray 176 otaqdan ibarətdir. 1918-ci ildə kayzerin taxt-tacdan imtina etməsindən sonra, 1926-cı ildə Sesilienhof sarayı dövlət tərəfindən Vilhelm və Sesiliyanın xüsusi mülkiyyətinə verilib. Onlar 1945-ci ildə bina milliləşdirilənə və ailə saraydan çıxarılanadək burada yaşayıblar.

Sesilienhof sarayı 1990-cı ildən YUNESKO-un Ümumdünya irs siyahısına daxil edilib.

AvtoReyd.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again