Avtoreyd.az bildirir ki, Spayk adlı yapon böcəyi unikal rəssamlıq istedadına malikdir. Möcüzə-böcəyin sahibəsi Mendi, həşəratın necə rəsmlər çəkdiyi videonu və fotonu Twitterdə dərc edib. O, hesab edir ki, Spayk çox istedadlıdır.
Yaponiyalı xanım Twitterdə bununla bağlı ayrıca hesab da açıb. Burada o, böcəyin rəsm əsərlərini nümayiş edir. Mendi yazır ki, Spayk altı aylıqdır. Rəssam-böcək bananı çox sevsə də, boş jele bankalarını qətiyyən sevmir. Spaykdan savayı Mendinin daha bir neçə böcəyi var. Qız deyir ki, onlar çox sevimlidirlər.
Mendi xeyriyyə təşkilatları üçün pul toplamaq məqsədi ilə Spaykın çəkdiyi rəsmləri hərraca çıxarmağı planlaşdırır.