Avtoreyd.az bildirir ki, Cənubi Afrikada səyahət edən turistlər Zahir və Əsma Əli, Botsvana və CAR sərhəddində yerləşən Kqalaqadi milli parkında avtomobilləri ilə gəzintidə olarkən, onların qarşısınca hərəkət edən avtomobilin arxasınca düşən antilop balası görüblər.

“Biz başa düşdük ki, çox güman ki, o, azıb və maşını anasıyla səhv salıb. Buna görə də instinktiv olaraq sürüdə olduğu kimi, hərəkət edən ən böyük obyekti izləyib”, — Zahir belə deyib.

Bala antilop yorulduğu üçün avtomobilin ardından çətinliklə yürüdüyündən, az qalıb ki, qarşıdan gələn Toyotanın altında düşsün. Son nəticədə isə həmin avtomobilə çata bilmədiyindən, Zahir və Asma olduğu maşını təqib etməyə başlayıb. Turistlər onu ən yaxın antilop sürüsünə çatdırıblar.

“Bala birdən dayandı, beş saniyə sonra isə ona doğru anası qaçdı və onlar yenidən qovuşdular”, — Zahir belə deyib.

Toplam olaraq antilop balası avtomobilin arxasınca təxminən altı kilometr qaçıb.

By