Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.AvtoReyd.Az APA TV-ə istinadən xəbər verir ki, -nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızını və qucağında olan 4 aylıq oğlunu vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib, övladı isə özəl xəstəxanaların birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, “Mercedes” markalı avtomobil qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə də çırpılıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.