Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə Gəndob-Yalama yolunun Hülövlü kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ  21011” markalı avtomaşın idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qalağan kənd sakinləri, 1951-ci il təvəllüdlü Məmmədov Hümbət Məmmədəli oğlu, 1955-ci  il təvəllüdlü İsayev Qaflan Aslan oğlu, 1981-ci il təvəllüdlü Hafizova Mətanət Nurəddin qızı və rayonun Keymərəz kənd sakini, 1960-cı il təvəllüdlü Əzizov Zəbisultan Yunus oğludur.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.