Avtoreyd.Az Hadisə Eyni yolda 3 qəza – Xəsarət alanlar var – VİDEO

Eyni yolda 3 qəza – Xəsarət alanlar var – VİDEO


Bakı-Qazax magistarlının Yevlaxdan keçən hissəsində bir neçə dəqiqəlik fasilə ilə 3 qəza baş verib.

ARB TV xəbər verir ki, əvvəlcə iki minik avtomobili toqquşub.

Qəzadan yayınmağa çalışan zaman Qazax istiqamətində hərəkətdə olan, qumla dolu “Kamaz” idarəetməni itirərək yol kənarına aşıb. Yük ətrafa dağılıb, sürücü Gəncə şəhər sakini 48 yaşlı Cəmil Həsənov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

4 zolaqlı yolun digər tərəfində isə Bakıya doğru hərəkət edən “Mercedes” və “Lada” markalı avtomobillər toqquşub. Zərbənin gücündən maşınlardan biri yol kənarına düşüb. Qəzalar zamanı avtomobillərdə olan 4 nəfər yüngül xəsarət alıb, təcili yardım birqadası onlara hadisə yerində kömək göstərib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post