Avtoreyd.Az Hadisə Şəmkirdə ananın özünü iki övladı ilə qatarın altına atmasının səbəbi məlum olub

Şəmkirdə ananın özünü iki övladı ilə qatarın altına atmasının səbəbi məlum olub


Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

AvtoReyd.Az

Related Post

Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az“Report”un Şirvan bürosunun məlumatına görə, xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib. Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü