Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, qəza təmir işləri görülən avtomobil yolunda baş verib.

Sürücü yol işarələrinə riayət etmədən qadağan olunmuş yolla gedib. Bu zaman dövlət nömrə nişanı “31-BG-207” olan “VAZ-2104” markalı avtomobil yolun kənarında qazılmış xəndəyə düşüb. Yaralıları yaxınlıqdan keçən taksi sürücüsü öz avtomobililə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.