Sabunçu körpüsü ərazisində dəhşətli qəza baş verib.
PrimeTime.Az xəbər verir ki, 99 DB 556 dövlət nömrə nişanlı “QAZel” markalı maşınla 10 GK 930 dövlət nömrə nişanlı “Qaz 031” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Qaz 031” markalı avtomobil tamamilə yanıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Əraziyə polis, yanğınsöndürən və təcilli tibbi yardım maşınları cəlb olunub.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.