Gəncə şəhərində yol qəzası olub.
 

AvtoReyd.Az ARB TV istinadən xəbər verir ki, Şah İsmayıl Xətai prospektində şəhər sakini 40 yaşlı Vahid Məlikovun idarə etdiyi motosikleti arxadan gələn “VAZ 2106” markalı avtomobil vurub. Qəza zamanı motosikletin sürücüsü müxtəlif bədən xəsarəti alıb.

Yaralıya hadisə yerində tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.