UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi qalib olub.

AvtoReyd.Az xəbər verir ki, “Şerif” ikin ci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə hesab arasındakı fərqi azaltsa da, oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb: 1:2. Bununla da “Qarabağ” Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.

Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan “Qarabağ” səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.