Tovuz rayonunda mikroavtobus ilə yük maşını toqquşub.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Bozqanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtomobili ilə “QAZel” markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Anar Vaqif oğlu Kərimov və və bir qadın sərnişini, Tovuz rayonunun Əyublu kənd sakini, 1984-cu il təvəllüdlü Nəcibə İsmayıl qızı Həmzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.