Avtoreyd.Az Hadisə Bank maşını müsadirə etmək istədi – Özü də heç bir məhkəmə qərarı olmadan – VİDEO

Bank maşını müsadirə etmək istədi – Özü də heç bir məhkəmə qərarı olmadan – VİDEO


Maşının kreditini ödəyə bilmədiyi üçün bank vətəndaşın avtomobilini məhkəmə qərarı olmadan müsadirə etmək istədi. Bankın belə bir hüququ varmı ? “Xəzər Xəbər” maraqlı hadisənin təfərrüatlarını araşdırıb.

Bankdan kreditlə avtomobil aldılar, ancaq sonradan pulunu ödəyə bilmədikdə bank maşını məhkəmə qərarı olmadan müsadirə etməyə cəhd etdi. Maraqlı hadisə İsmayıl Hümbətovun başına gəlib. Onun sözlərinə görə 2013-cü ildə bankdan kreditə avtomobil alsalar da, son vaxtlar vəziyyətləri pisləşdiyindən krediti ödəməyə imkanları çatmayıb. İsmayıl Hümbətov oğlunun sürdüyü maşının qabağının qəflətən bankın əməkdaşı olan Coşqun adlı şəxs tərəfindən kəsildiyini deyir.

İsmayıl Hümbətov bildirir ki, avtomobilin müsadirə olunması ilə bağlı onlara məhkəmədən heç bir sənəd gəlməyib.

Bankın Coşqun adlı əməkdaşı ilə əlaqə saxladıq. O, israrla bildirdi ki, maşını vətəndaşın əlindən almaq fikrində olmayıblar və avtomobilə sakitcə yaxınlaşıb Hümbət İsmayılovun oğlu ilə söhbət edib. O, danışıqla yeni ödəniş qrafiki açmağı razılaşdırdıqlarını deyir.

Hüquqşünaslar belə vəziyyətdə məhkəmə qərarı olmadan maşının müsadirə olunmasını qanunsuz hesab edirlər. Əgər belə hal yaşanarsa vətəndaş məhkəməyə müraciət edərək öz hüququnu təmin edə bilər.

Related Post

Paytaxtda vəzifəli şəxsin oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var (Video+Foto)Paytaxtda vəzifəli şəxsin oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var (Video+Foto)

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət