Avtoreyd.Az Hadisə Polis əməkdaşı qardaşı tərəfindən qətlə yetirilib

Polis əməkdaşı qardaşı tərəfindən qətlə yetirilib


AvtoReyd.Az xəbər verir ki,Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb. Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib.

Əli Əliyev tərəfindən bıçaqlanaraq öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.

Hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AvtoReyd.Az

Related Post