Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki rayonunda vətəndaşları qəbul edəcək.

AvtoReyd.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, qəbul avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər-Rayon Polis Şöbəsində başlayacaq.

Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.