Ucarda atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib.AvtoReyd.Az APA TV-yə istinadən məlumat verir ki, bu gün səhər saatlarından Ucar rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə  keçirilən reyd zamanı, 40-a yaxın  avtomobil saxlanılıb, 30-a yaxın  sürücüyə inzibati protokol tətbiq olunub.

İnzibati protokollar əsasən yoxlamalar zamanı müəyyən edilmiş atmosferi  ixrac qazlarının tərkibində olan zərərli maddələrlə  çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub. Yol Polisi Bölməsinin Baş İnspektoru Seymur Tağıyev reydin keçirilməsində əsas məqsədin atmosferin zərərli maddələrlə çirklənməsinin qarşısının alınmasını və həmçinin, yollarda baş verən qəzaların, sürət həddini aşan, sürücülük  hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən sürücüləri aşkar etməkdən ibarət olub.

Rəis müavini qeyd edək ki, reydlər  bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi  ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=y44GRbOFVgY

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.