Azərbaycanda avtomobilin üzərində nəyi desən daşıyırlar,mebeldən tutmuş tikinti materiallarına kimi.
Amma bu yaxınlarda Niderlandın Lelystad şəhərinin polisini qeyri-adi yol-nəqliyyat hadisəsi haqqında məlumat yayıb.
Şəkildə aydın görünür ki,kiçik Renault Twingo-nun üzərində təxminən 10-12 metr uzunluğunda olan işıq dirəkləri aparır.
Təsəvür edin ki,belə qabaritli yükün daşınması qaydalara ziddir,bundan əlavə sürücünün nə sürücülük vəsiqəsi nə də spirtli içki qəbul etdikdən idarə etməyə halı var imiş.
Nəticədə sürücü istintaq təcridxanasına,zəhmətkeş avtomobil isə cərimə meydançasına yerləşdirilib.